Qarabağın bir hissəsində Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim Azərbaycan Respublikasının Tərtər rayonunun Ağdərə şəhərindən Xankəndiyədək məsafəni qısaltmaq üçün yeni avtomobil yolunun çəkilişini davam etdirir.
Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Bəlli olur ki, Ağdərə şəhəri ilə Tərtər rayonunun Aşağı Oratağ və Canyataq kəndlərini birləşdirən 27 km-lik yolun 4 km-i artıq asfaltlanıb, 8 km-də torpaq işləri görülür, qalan 15 km-də də işlər davam etdirilir.
“Hayastan” fondunun hesabına çəkilən bu yolun tamamlanması nəticəsində Ağdərə-Xankəndi yolunun uzunluğu 24 km qısalaraq 97 km-dən 73 km-ə enəcək. Belə ki, hazırda həmin yol Ağdərə-Aşağı Oratağ-Heyvalı(Kəlbəcər)-Çıldıran-Xankəndi marşrutu ilə gedir.